• Bakı C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.7533

    RUB - 1.7526

Jurnalisti səhvən sui-qəsdçi kimi tanıtdılar

CƏMİYYƏT

14 Iyul 2024 | 16:53

Jurnalisti səhvən sui-qəsdçi kimi tanıtdılar

İtaliyalı idman jurnalisti Marko Violi bazar günü sosial mediada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli kimi bilinəndən sonra məhkəməyə müraciət edəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb sosial şəbəkədə "Batler Polis Departamentinin məlumatına görə, Trampa atəş açan şəxs hadisə yerində həbs edilib və onun Antifa hərəkatının üzvü Mark Violets olduğu müəyyən edilib" mesajının yayılması olub. 

Məlumatda italyan jurnalist Marko Violinin fotoşəkili yerləşdirilib.

Violi sosial şəbəkələrdə yazıb: "Mən bu hadisədə iştirakımı qəti şəkildə inkar edirəm".

Violi iki İtalyan X istifadəçisini ona qarşı yalan məlumat yaymaqda günahlandırıb və bazar ertəsi polisə gedərək onlardan şikayət ərizəsi verəcəyini deyib.


SON XƏBƏRLƏR

10 Fevral 2025