• Bakı 24° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

DİN və DSX- dən BİRGƏ ƏMƏLİYYAT: 6 kq marixuana, 1 800 ədəd metadon...

CƏMİYYƏT

14 Iyul 2024 | 13:23

DİN və DSX- dən BİRGƏ ƏMƏLİYYAT: 6 kq marixuana, 1 800 ədəd metadon...

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Iyul 2025