• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bütün Qafqazın Şeyxi Rusiyaya səfər edəcək

CƏMİYYƏT

13 Avqust 2024 | 12:50 | Müəllif: Əli Hüseynov

Bütün Qafqazın Şeyxi Rusiyaya səfər edəcək

Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcəkdir.

Bakıvaxtı.az xəbər verir ki, QMİ sədri Şeyxülislam A. Paşazadə vəfat etmiş tanınmış din xadimi - Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Respublikasının Prezidentinin başsağlıqlarını çatdıracaqdır. Mərhumun qəbri ziyarət edilərək ruhuna dualar oxunacaq, xatirəsinə ehsan mərasimi təşkil ediləcəkdir.

Qaraçay-Çərkəz Respublikasına səfər çərçivəsində Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclası keçiriləcəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026