• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Doktoranturaya sənəd qəbulu BAŞLADI - YENİLƏNİB

CƏMİYYƏT

16 Aprel 2024 | 11:42

Doktoranturaya sənəd qəbulu BAŞLADI - YENİLƏNİB

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır.

Xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər.

Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

***

08:39

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunuv ki, portal.edu.az vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edib, cari status və növbəti addımları izləyə biliblər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrə təhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri və digər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır.

Qeyd edək ki, sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.


SON XƏBƏRLƏR