• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cibuti Prezidenti İlham Əliyevi təbrik etdi

CƏMİYYƏT

16 Fevral 2024 | 13:08

Cibuti Prezidenti İlham Əliyevi təbrik etdi

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

    "Cənab Prezident.

    Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram.

    Sizə yenidən etimad göstərilməsi həmvətənlərinizin ətrafınızda birləşməsinin bariz nümunəsidir. Seçkilərdə qazandığınız qələbə Sizə xalqınızın rifahı və ölkənizin inkişafı ilə bağlı faydalı hesab etdiyiniz islahatları həyata keçirmək üçün lazım olan bütün legitimliyi verir. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan ən mühüm məsələlərdə, o cümlədən ölkə ərazisinin bütövlüyü və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində nəhəng addımlar atmışdır.

    Cənab Prezident, əmin olun ki, Siz həmişə Cibuti xalqı və hökuməti tərəfindən ölkələrimiz arasında mövcud olan əlaqələrin möhkəmlənməsinə fayda verən hər cür dəstəyi görəcəksiniz.

    Zati-aliləri cənab Prezident, Sizə bir daha müvəffəqiyyətlər arzulayır, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026