Bütün səhiyyə müəssisələri rəqəmsal resept sistemi ilə təmin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Səhiyyənin informasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində canlı yayım zamanı rəqəmsal resept haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, vətəndaşlar bu sistemdən çox rahatlıqla istifadə edə biləcəklər. Bunun üçün əvvəlcə həkim müayinəsindən keçməlidirlər.
Günəş Mərd
















