• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qəzzanın şimalında yaşayanlara heç bir səhiyyə xidməti göstərilmir

DÜNYA

29 Fevral 2024 | 10:32

Qəzzanın şimalında yaşayanlara heç bir səhiyyə xidməti göstərilmir

Qəzzanın şimalındakı Kemal Advan Xəstəxanası fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, xəstəxana fəaliyyətini dayandırdığına görə, Qəzzanın şimalında yaşayanlara heç bir sağlamlıq xidməti göstərilir.

“Kemal Advan Xəstəxanasında elektrik generatoru yanacaq çatışmazlığı səbəbindən işləmir, rayon sakinləri dializ, reanimasiya, uşaq şöbəsi, daxili xəstəliklər, kardiologiya, ümumi cərrahiyyə, gecələmə və uşaq təcili yardım xidmətlərində xidmət ala bilməyəcək".

Qeyd edək ki, İsrail ordusu 146 gündür hücumlarını davam etdirərək məcburi köçkün olan fələstinlilərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəfə aldığından, təxminən, 2,3 milyon əhalisi olan Qəzza zolağında humanitar fəlakət yaşanır. Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, aclıq, susuzluq və gigiyena materiallarının çatışmazlığının səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəsə və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024