• Bakı 18° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Qəzzaya ən çox yardım edən ölkə Türkiyədir

DÜNYA

09 May 2024 | 09:32

Qəzzaya ən çox yardım edən ölkə Türkiyədir

Qəzzaya çatan humanitar yardımın 30 faizi Türkiyəyə məxsusdur.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X" platformasındakı hesabından paylaşım edib.

Qurum sözçüsü bildirir ki, Qəzza bölgəsindəki fələstinlilərə ən çox yardım edən ölkənin Türkiyə olduğunu açıqlayıb.

"Ötən gün 1908 ton humanitar yardım daşıyan gəmimiz Mersin limanından yola düşüb. Bundan başqa, 5066 ton humanitar yardım daşıyan daha bir gəmimiz Misirin Əl-Ariş limanına çatıb. Ümumi humanitar yardımlarımızın həcmi 52 min tonu ötüb". - deyə Ö. Keçeli vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

19 May 2024