• Bakı 17° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

İranlılar Rəisi ilə “əhd bağlaya” biləcək

DÜNYA

08 Iyun 2024 | 00:42

İranlılar Rəisi ilə “əhd bağlaya” biləcək

Mayın 19-da helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı daha bir təbliğat kampaniyası başladılır.

Bakıvaxtı.az bildirir ki, bu barədə Buşəhr əyalətinin İrşad İdarəsinin rəhbəri Əbdülrəhim Əfruq məlumat yayıb.

Onun sözlərinə görə, "İbrahimlə əhd" adlı kampaniya ilk olaraq bu əyalətdə başlayacaq.

"İbrahim Rəisinin əli yuxarıda olan fotosu dayanacaqlar və ictimai yerlərdə quraşdırılacaq. Vətəndaşlar fotoya toxunaraq, onunla əhd bağlayıb, yolunu davam edəcəklərinə söz verəcəklər", - Əfruq deyib./axar.az


SON XƏBƏRLƏR

23 May 2026