• Bakı 20° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Fransada seçkilərin ikinci turunun nəticələri açıqlandı

DÜNYA

07 Iyul 2024 | 23:50

Fransada seçkilərin ikinci turunun nəticələri açıqlandı

Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başa çatıb. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, rusiyayönlü Marin Le Penin partiyası məğlub olub.

"Ifop exit-poll"un nəticələrinə görə, gözlənilmədən seçkilərdə birinci yeri 180-dən 215-ə qədər toplaya bilən ultra solçu Yeni Xalq Cəbhəsi tutub.

İkinci yerdə 150-180 mandatla Emmanuel Makronun prezident koalisiyası gəlir.

Le Penin "Milli Birlik" partiyası isə artıq üçüncü yerdədir və yalnız 120-150 mandata arxalana bilər.

Amma bu üç partiyadan heç biri parlamentdə mütləq səs çoxluğu əldə etmir, bu isə o deməkdir ki, onlar koalisiya danışıqları aparmalı olacaqlar.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024