• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Netanyahu: Əməliyyat istənilən halda davam edəcək!

DÜNYA

07 Iyul 2024 | 23:21 | Müəllif: Subhan Mahmudov

Netanyahu: Əməliyyat istənilən halda davam edəcək!

ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülən və İsrail tərəfinin razılaşdırdığı Qəzza zolağında atəşkəs razılaşması anklavda saxlanılan girovları hərbi əməliyyatın məqsədlərinə xələl gətirmədən azad etməyə imkan verəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.

"İsrail üçün razılaşdırılan və prezident Bayden tərəfindən irəli sürülən plan İsrailə hərbi əməliyyatın digər məqsədlərinə zərər vermədən oğurlananları geri qaytarmağa imkan verəcək.

Radikal HƏMAS hərəkatının hərbi və komandanlıq imkanlarının aradan qaldırılması və Qəzzanın İsrail üçün təhlükəsiz olmasını təmin etmək daxil olmaqla, anklavda əməliyyatın bütün məqsədlərinə nail olunana qədər istənilən razılaşma İsrailə hərbi əməliyyatları bərpa etməyə və döyüşməyə imkan verməlidir”, - deyə baş nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026