• Bakı 20° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

14 yunan polis rüşvətə görə həbs edildi

DÜNYA

07 Iyul 2024 | 22:14

14 yunan polis rüşvətə görə həbs edildi

Hüquq-mühafizə orqanları restoran, kafe, meyxanə və bar sahiblərindən pul tələb etməkdə ittiham olunan 14 bələdiyyə polisi və Afina meriyasının inzibati əməkdaşını həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Afina meriyası məlumat yayıb.

Məlumata görə, cinayətkarların qanunsuz gəlirləri ildə 700 min avronu keçib:

"Yunanıstan polisinin antikorrupsiya əməliyyatı çərçivəsində 14 nəfər həbs edilib. Onlardan 439 140 avro, mobil telefonlar, noutbuklar, sərt disklər və digər əşyalar götürülüb. Həbs edilənlər yoxlama aparmamaq üçün Afinada restoran, kafe, meyxanə və barların sahiblərindən pul tələb ediblər”.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024