• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

QH-nin Parlament Şəbəkəsinə sədrlik Azərbaycana keçdi

CƏMİYYƏT

08 Iyul 2022 | 11:16 | Müəllif: Qalib İbrahimoğlu

QH-nin Parlament Şəbəkəsinə sədrlik Azərbaycana keçdi

"Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında sədrlik Azərbaycana keçdi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlament sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Milli Məclisin sədri kimi ona bu yüksək etimadın göstərilməsi dövlətimizin beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsi kimi qiymətləndirilməlidir: "Tədbirdə dünya ölkələrinjn 50-ə yaxın parlament nümayəndə heyətləri, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri, 15 ölkənin parlament sədri qatılmışdı. Bakı konfransı başa çatdıqdan sonra iştirakçılar azad edilmiş əraziləri, Şuşa şəhərini ziyarət etdilər. Onlara viran qoyulmuş ərazilər, abidələr haqqında məlumat verildi, quruculuq işləri ilə tanış oldular. Qoşulmama hərəkatının Bakı konfransı qarşıya qoyduğu məsələlərə nail oldu".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026