Qırğızıstan Respublikasının başçısı Sədir Japarov ehtiyacı olan vətəndaşlara mənzil verilməsinə kömək etmək üçün iki mərtəbəli evini satışa çıxarıb.
Bakıvaxtı.az "Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, mənzil dövlət ipoteka şirkətinin balansına qoyulacaq və daha sonra hərraca çıxarılacaq. Daşınmaz əmlak satışından əldə olunan pul aztəminatlı ailələr üçün mənzillərin alınmasına sərf olunacaq.
Qəzetin yazdığına görə, kobud hesablamalara görə, vəsait on ailəyə çatmalıdır. Prezident məmurlara yoxsullara dəstək olmaq üçün ondan nümunə götürməyi tövsiyə etdi.
Tərcümə şöbəsi
Bakıvaxtı.az















