• Bakı 23° C

    2.67 m/s

Kaxa Kaladze ikinci dəfə Tbilisi meri seçildi

DÜNYA

31 Oktyabr 2021 | 09:36

Kaxa Kaladze ikinci dəfə Tbilisi meri seçildi

Kaxa Kaladze 55,6 % səslə növbəti 4 il müddətinə Tbilisi şəhərinin meri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının paytaxt üzrə 769 seçki məntəqəsinin 768-də (99,87%) səsləri saymasından sonra məlum olub.

Onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 % toplayıb.

Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib. O, siyasi karyerasına 2012-ci ildə o zamankı müxalif, hazırkı hakim Gürcü Arzusu Partiyasında başlayıb. Hazırda o “Gürcü Arzusu”nun əsas liderlərindən biridir. 43 yaşlı keçmiş məşhur futbolçu paytaxt meri seçilməzdən öncə 2012-ci ilin oktyabrından energetika naziri postunu tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026