• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiya Prezidentinin xüsusi nümayəndəsi İrana getdi

DÜNYA

29 Noyabr 2021 | 17:52

Rusiya Prezidentinin xüsusi nümayəndəsi İrana getdi

Rusiya Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov noyabrın 29-da İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla Tehranda görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Suriyadakı vəziyyətin tənzimlənməsi üçün Rusiyadan nümayəndə heyəti İrana səfər edib. Səfər zamanı tərəfləri maraqlandıran əhatəli məsələlər müzakirə olunub.

Noyabrın 30-da Mixail Boqdanov İraqın paytaxtı Bağdada, oradan isə Ərbilə səfər edəcək. Səfər çərçivəsində regional məsələlərin müzakirə olunacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR