• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gürcüstanın XİN başçısı dəyişir?

DÜNYA

29 Dekabr 2021 | 10:22 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstanın XİN başçısı dəyişir?

Gürcüstanın xarici işlər naziri David Zalkaliani gələn ayın ortalarında vəzifəsini tərk edəcək.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki,  bu barədə yerli “Front News” nəşri yazıb.

Bildirilib ki, XİN vəzifəsinə parlamentin keçmiş sədri Kaxa Kuçava təyin olunacaq.

Nəşrin məlumatına əsasən, D.Zalkaliani Gürcüstanın ABŞ-da səfiri təyin olunacaq. Onun təyinatı haqqında aqremanın artıq Vaşinqtona göndərildiyi və razılığın alındığı qeyd edilib.

Səlahiyyət müddəti bitmək üzrə olan Gürcüstanın ABŞ-dakı hazırkı səfiri David Bakradzenin isə fəaliyyətini beynəlxalq təşkilatların birində davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, D.Zalkaliani 2018-ci ilin iyun ayından Gürcüstan XİN-ə rəhbərlik edir. O həmçinin bu ilin fevralından Baş nazirin müavinidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026