• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Fransızlar Makrona qarşı: Bir gündə 170 aksiya  - VİDEO

DÜNYA

27 Yanvar 2022 | 23:45 | Müəllif: Subhan Mahmudov

Fransızlar Makrona qarşı: Bir gündə 170 aksiya - VİDEO

Fransada əhali küçələrə axışıb. Daha çox sosial yönümlü aksiyalarda ölkə prezidenti Emmanuel Makronun istefası tələbi səsləndirilib.

Yanvarın 27-də ölkə üzrə 170 fərqli ərazidə etiraz aksiyaları keçirilib.

Əhalinin narazılığına inflyasiyanın artması səbəbindən alıcılıq qabiliyyətinin azalması səbəb olub.

Paytaxt Parisdə həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlər zamanı etirazçılar tarixi Bastiliya Meydanından Maliyyə Nazirliyinə doğru yürüş ediblər. Hökumətdən minimum əmək haqqının və sosial müavinətlərin artırılmasını tələb edən nümayişçilər prezident Emmanuel Makronu istefaya dəvət edərkən tez-tez “Kapitalizm məhv olsun” şüarları da səsləndiriblər.

İki həftədir tətil edən müəllimlər və orta məktəblərin yuxarı sinif şagirdləri də nümayişi dəstəkləyiblər.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR