• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qırğızıstan-Tacikistan sərhədində atışma - 17 nəfər yaralanıb (YENİLƏNİB)

DÜNYA

27 Yanvar 2022 | 22:00 | Müəllif: Subhan Mahmudov

Qırğızıstan-Tacikistan sərhədində atışma - 17 nəfər yaralanıb (YENİLƏNİB)

Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində 17 nəfər xəsarət alıb.

Bakıvaxtı.az  xəbər verir ki, onlardan 11 nəfərin Tacikistan hərbçiləri olduğu, qalanların sakinlər olduğu qeyd edilib.

***

Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

“Yanvarın 27-si yerli vaxtla saat 18:30-a (Bakı vaxtı ilə 16:30-red) olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq səciyyələnir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində bəzən yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026