• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Kiyev vilayətində komendant saatı elan edildi

DÜNYA

26 Fevral 2022 | 19:31 | Müəllif: Qalib İbrahimoğlu

Kiyev vilayətində komendant saatı elan edildi

Ukraynanın Kiyev vilayətində komendant saatı elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin patrul polisi "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, bütün Kiyev vilayətində bu gün saat 17:00-dan sabah saat 08:00-a qədər komendant saatı tətbiq edilir.

"Bu zaman xüsusi verilmiş icazə vəsiqələri və şəxsiyyət vəsiqəsi olmadan küçələrdə və digər ictimai yerlərdə olmaq qadağandır. İcazələriniz yoxdursa, evdə qalın", - deyə məlumatda qeyd olunub (APA).

Polis vətəndaşları anlayışlı olmağa çağırıb. Bildirilib ki, bu tədbir regionun effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün zəruridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR