• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Almaniyada “Z” hərfini nümayiş etdirənlər məsuliyyətə cəlb ediləcək

DÜNYA

28 Mart 2022 | 17:03

Almaniyada “Z” hərfini nümayiş etdirənlər məsuliyyətə cəlb ediləcək

Almaniyada Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək məqsədi ilə “Z” hərfini nümayiş etdirən şəxslər məsuliyyətə cəlb ediləcək.

Bakıvaxtı.az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

“Əlbəttə, “Z” hərfi qadağan deyil, lakin onun individual hallarda istifadəsi Rusiyanın müharibəsini dəstəkləmək anlamına gəlir. Rusiyanın Ukraynadakı müharibəsi kriminal fəaliyyətdir və bunu ictimai şəkildə dəstəkləyən şəxslərin özü məsuliyyətə cəlb edilə bilər”, - qurumun mətbuat katibi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cəlb etdiyi müxtəlif texnikalarının üzərində əks olunmuş “Z” hərfi, eyni zamanda, Rusiyaya dəstək məqsədi ilə keçirilən müxtəlif aksiyalarda istifadə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026