• Bakı 17° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Zelenski və Putin bu tarixdə...

DÜNYA

27 Aprel 2022 | 16:35

Zelenski və Putin bu tarixdə...

Ukrayna Prezidenti Vladimir Zelenski “G-20”liyin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Volodimir Zelenski tviter səhifəsində paylaşıb.

“İndoneziyanın Prezidenti Coko Vidodo ilə teefonla danışdıq. Ukraynanın ərazi bütövlüyü və suvereniyini BMT-də dəstəklədiyi üçün ona təşəkkür etdim. Ərzaq təhlükəsizliyi problemini müzakirə etdik. “G-20”liyin Zirvə toplantısına dəvətə görə təşəkkür edirəm”, - Volodimir Zelenski yazıb.

Rusiya “G-20”liyin üzvüdür. Məlumata görə, İndoneziya RF Prezidenti Vladimir Putinin dəvət edilməməsinə dair təklifdən imtina edərək, onu da toplantıya çağırıb.

"Bloomberg" isə yazıb ki, Rusiya və Ukrayna liderlərinin həmin sammit çərçivəsində görüşə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Zirvə toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026