• Bakı 16° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Casinda Ardern Baydenlə görüşəcək

DÜNYA

27 May 2022 | 12:55 | Müəllif: Subhan Mahmudov

Casinda Ardern Baydenlə görüşəcək

Yeni Zelandiyanın baş naziri Casinda Ardern mayın 31-də Ağ Evdə bir sıra görüşlərinin, o cümlədən regional və qlobal məsələləri müzakirə etmək üçün ABŞ prezidenti Co Baydenlə görüşünün olacağını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş nazir ABŞ-ın Harvard Universitetində çıxışı zamanı deyib.

"İndi mən təsdiq edə bilərəm ki... çərşənbə axşamı mənim ABŞ prezidenti ilə görüşüm olacaq. Həmin gün mən ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşəcəyəm", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı Ukraynadakı vəziyyət və ABŞ-la ticarət müzakirə ediləcək. C.Ardern vitse-prezidentlə görüşdə kosmik sektorda əməkdaşlığı müzakirə etmək niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR