• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ukrayna “pis sülhə” məcbur edilə bilər - Conson

DÜNYA

26 Iyun 2022 | 00:26 | Müəllif: Subhan Mahmudov

Ukrayna “pis sülhə” məcbur edilə bilər - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna hadisələri ətrafında mənfi tendensiyanın müşahidə edildiyini bəyan edib.

Bakıvaxtı.az oxu.az-a istinadən bildirir ki, B.Conson Ukraynanın "pis sülh" bağlamağa məcbur edilə biləcəyindən qorxduğunu bildirib.

"Ukraynalıları "pis sülhə" təşviq etmək və ya məcbur etmək üçün təzyiqlər artacaq", - deyə B.Conson britaniyalı jurnalistin suallarına cavab verərəkən vurğulayıb.

B. Conson əlavə edib ki, Vlaimir Putinə "öz yolu ilə getməyə" icazə verilərsə, bunun nəticələri beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olacaq və uzunmüddətli iqtisadi fəlakətə gətirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026