• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İranda GÜCLÜ ZƏLZƏLƏ: Ölən və yaralananlar var

DÜNYA

26 Iyun 2022 | 00:25 | Müəllif: Qalib İbrahimoğlu

İranda GÜCLÜ ZƏLZƏLƏ: Ölən və yaralananlar var

İranda 5,6 bal gücündə zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Dərinliyi 22 kilometr olan yeraltı təkanlar Hörmüzqan əyalətinin Çərək limanı və Kiş adası yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.

Kiş adası xəstəxanasının baş həkimi Mostafa Nadealinejad bildirib ki, yaralılardan 4-ü yıxılaraq xəsarət alıb, üçüncü mərtəbədən yıxılan bir nəfərin beyin silkələnməsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR