• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Krım körpüsünü vurmaq mümkün deyil" - Arestoviç

DÜNYA

27 May 2022 | 13:26 | Müəllif: Subhan Mahmudov

"Krım körpüsünü vurmaq mümkün deyil" - Arestoviç

Krımı Rusiya ilə birləşdirən Krım körpüsünün dağıdılması bu gün mümkün deyil.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Krım körpüsü strateji əhəmiyyət kəsb edən, dağıdılmaması üçün xüsusi hazırlanmış və örtülmüş bir kapital strukturudur. Orada ən azı iki hava hücumundan müdafiə briqadası fəaliyyətdədir. Bu, çox ciddi bir tikilidir. Onu nə qədər dəqiq vursanız belə, dağılır, lakin aralıqlar xüsusi mühəndis alətləri ilə çox tez bərpa olunur", - A.Arestoviç qeyd edib.

Qeyd edək ki, Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Krım körpüsünün nə vaxtsa mütləq dağıdılmalı olduğunu bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026