• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Baffetlə nahar şansı son dəfə hərraca çıxarılır - 25 min dollar

DÜNYA

27 Aprel 2022 | 10:04

Baffetlə nahar şansı son dəfə hərraca çıxarılır - 25 min dollar

91 yaşlı amerikalı milyarder Uorren Baffet iyun ayında onunla nahar etmək şansını son dəfə hərraca çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” yayıb.

Məlumata görə, hərrac iyunun 12-dən 17-nə qədər “eBay” üzərindən keçiriləcək. Hərrac üçün minimum təklif 25 min dollar təşkil edəcək.

Hərracda qalib gələn şəxs və 7 nəfərə qədər qonaq Baffetlə milyarderin sevimli restoranlarından biri olan Nyu-Yorkdakı “Smith & Wollensky” restoranında nahar etmək imkanına sahib olacaq.

Bildirilir ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbindən hərraclar keçirilməyib. Baffet bu cür hərrac vasitəsilə ümumilikdə 34 milyon dollar toplaya bilib. Bu vəsaitlər isə ehtiyacı olanları tibbi xidmət və pulsuz yeməklə təmin edən “Glide Foundation” xeyriyyə fonduna göndərilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026