Ukraynada sülhməramlı missiya ideyası tezdir, onun nəzərdən keçirilməsi üçün ölkədə atəşkəsə nail olmaq lazımdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua mətbuat konfransında bildirib.(axar.az)
“Düşünürəm ki, zorakılığın dayandırılmasına nail olmadan hansısa mexanizm haqqında düşünmək hələ tezdir”, - o deyib.
















