• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi

DÜNYA

26 May 2022 | 23:16 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iki aylıq fasilədən sonra keçiriləcək iclasda Suriyanın şimalında yeni əməliyyatın keçirilməsi, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü, eləcə də Ukrayna böhranı müzakirə olunub.

İclasla bağlı açıqlamada bildirilir ki, ölkənin cənub sərhədlərində həyata keçirilən və ya aparılacaq əməliyyatlar qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır, milli təhlükəsizlik zərurətindən irəli gəlir.

Vurğulanır ki, beynəlxalq ittifaqlarda müttəfiqlik ruhuna hər zaman uyğun hərəkət edən Türkiyə müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözləyir.

"Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələri buna son qoymağa və Türkiyənin təhlükəsizliklə bağlı həssaslığını nəzərə almağa çağırdıq", - deyə açıqlamada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR