• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moldova Prezidenti: "Ərzaq təhlükəsizliyimiz təhdid altındadır"

DÜNYA

25 Iyun 2022 | 17:56 | Müəllif: Subhan Mahmudov

Moldova Prezidenti: "Ərzaq təhlükəsizliyimiz təhdid altındadır"

“Ukraynadakı vəziyyətlə əlaqədar Moldovanın ərzaq təhlükəsizliyi təhdid altındadır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu “Prime” televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı ərzaq məhsullarının baha olmasını buna nümunə kimi göstərib.

M.Sandu qeyd edib ki, dünyanın ən iri taxıl tədarükçülərindən olan Ukrayna ixracatla məşğul ola bilmədiyi üçün dünya bazarında qiymətlər kəskin bahalaşıb.

“Taxılın qiymətinin bahalaşması avtomatik olaraq başqa qida məhsullarının da qiymətinn artmasına təsir göstərir. Biz Ukraynaya dəmiryolu, Curculeşta limanı vasitəsilə əlimizdən gələn yardımı edirik”, - o vurğulayıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026