"Avroviziya 2023” mahnı müsabiqəsi Britaniyada keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson "Facebook"da bildirib.
"Keçən həftə prezident Zelenski ilə mən razılaşdıq ki, "Avroviziya 2023" harada keçirilirsə keçirilsin, o, Ukrayna ölkəsini və xalqını təmsil etməlidir.
İndi ev sahibi olduğumuza görə, Böyük Britaniya bu öhdəliyi birbaşa yerinə yetirəcək və ukraynalı dostlarımız adından fantastik yarışma keçirəcək", Baş nazir Conson bildirib.
















