• Bakı 21° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Tailandın baş naziri istefaya göndərildi

DÜNYA

24 Avqust 2022 | 13:48 | Müəllif: Subhan Mahmudov

Tailandın baş naziri istefaya göndərildi

Tailandın Konstitusiya Məhkəməsi Baş nazir Prayut Çan-Oçanı vəzifəsindən kənarlaşdırıb.

Bu qərar qanunla müəyyən edilmiş səkkiz illik səlahiyyət müddətinə yenidən baxılması ilə bağlı verilib.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə bununla bağlı qərarını çərşənbə günü mətbuata göndərdiyi bəyanatda açıqlayıb.

Qeyd olunur ki, Tailand konstitusiyası baş nazirin səkkiz ildən artıq vəzifədə qalmasını qadağan edir. Müxalifət partiyaları isə Çan-Oçanın səlahiyyət müddətinin bitdiyini bildirir. Çan-Oçanın tərəfdarları isə onun hazırkı konstitusiyanın qüvvəyə mindiyi 2017-ci ildən baş nazir olduğunu iddia edirlər.

Prayut Çan-Oça 29 avqust 2014-cü ildə rəsmi olaraq baş nazir təyin edilib.

Hökumət rəsmisinin sözlərinə görə, baş nazirin müavini Pravit Vonqsuvanın müvəqqəti olaraq kabinetə rəhbərlik edəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR