• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ruslar Antalya hava limanında dava saldı - VİDEO

DÜNYA

23 Sentyabr 2022 | 13:28

Ruslar Antalya hava limanında dava saldı - VİDEO

Türkiyənin Antalya şəhərinin hava limanında rusiyalı turistlər arasında dava düşüb.

Bakıvaxtı.az  Rusiya mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 22-si axşam saatlarında baş verib. 

Məlumata görə, 20 rusiyalı turist Antalyadan Moskvaya uçuş həyata keçirən reysə buraxılmayıb və təyyarə onları hava limanında qoyaraq uçub. Sözügedən şəxslərə isə reysə hansı səbəbdən buraxılmadıqları bildirilməyib.

Bir müddət sonra isə rusiyalı turistlər arasında dava düşüb. Turistləri hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları ayırmağa çalışıb. 

Turistlərin hansı səbəbdən reysə buraxılmadığı və davanın səbəbi hələ ki açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026