Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda 3,7 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin təxminən 6,43 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfatlarla bağlı məlumat verilməyib.
















