• Bakı 28° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Batumi limanında bomba HƏYƏCANI - YENİLƏNİB

DÜNYA

22 Noyabr 2022 | 00:29 | Müəllif: Subhan Mahmudov

Batumi limanında bomba HƏYƏCANI - YENİLƏNİB

İstehkamçılar Batumi limanında gəmidə partlayıcı qurğu tapmayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TV25 telekanalı məlumat yayıb.

Məlumata görə, gəminin minalanması ilə bağlı xəbərdən sonra mümkün partlayıcı qurğunun axtarışı üzrə işlər dörd saatdan çox davam edib.

Axtarışlardan sonra yük terminalı normal fəaliyyətini bərpa edib.

 

***19:22

Gürcüstan polisi Batumi limanına səfərbər edilib. Əraziyə giriş və çıxış bağlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, liman administrasiyasının əməkdaşları Bolqarıstan bayrağı altında üzən gəmidə axtarışlar aparıblar.

“Məlumat yayılıb ki, gəmi terminalı tərk edərsə, mina partlayacaq. Baş verənlərin təfərrüatlarını bilmirəm, biz həmişəki kimi işləyirik”, - liman işçilərindən biri jurnalistlərə bildirib.

Məlumata görə, Liman İdarəsinə gəmiyə partlayıcı qurğu qoyulması ilə bağlı anonim zəng daxil olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026