• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ qərar verdi: Ukrayna müharibəsində hərbçilərin qətlləri araşdırılacaq

DÜNYA

22 Noyabr 2022 | 11:21

ABŞ qərar verdi: Ukrayna müharibəsində hərbçilərin qətlləri araşdırılacaq

Ukrayna qüvvələrinə qarşı qətllər araşdırılacaq.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu dünyada törədilən müharibə cinayətlərini araşdıran ABŞ-ın xüsusi nümayəndəsi Beth Van Schaack deyib.

Onun sözlərinə görə, Ukrayna qüvvələrinin təslim olan 12 rus əsgərini öldürdüyünə dair iddiaları da araşdırırlar. Van Schaas bu iddiaları çox yaxından izlədiyini bildirib:

"Müharibə qanunlarının bütün tərəflərə eyni dərəcədə şamil edildiyini vurğulamaq həqiqətən vacibdir. Bu qanunlar həm təcavüzkar dövlətə, həm də müdafiə olunan dövlətə eyni dərəcədə şamil edilir. Münaqişənin bütün tərəfləri beynəlxalq hüquqa riayət etməli və ya bunun nəticələrini başqa cür çəkməlidirlər".

Rusiya və Ukraynanın qətliam ittihamlarına fərqli münasibət bəslədiyini qeyd edən Van Schaak  bildirib ki, belə bir vəziyyətdə Rusiyanın rəftarı istər-istəməz təbliğat, inkar və dezinformasiyadır. Onun sözlərinə görə, Ukrayna səlahiyyətliləri, ümumiyyətlə, törədilən cinayətləri qəbul edir və araşdırma vəd edir.

Rusiya Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan videolara istinadən Ukrayna əsgərlərinin rus hərbi əsirləri öldürdüyünü iddia edib. Videolarda rus əsgərlərinə oxşayan insanlar yerə uzanaraq əvvəlcə təslim olurlar. Sonra avtomatik atəş səsləri eşidilir. Daha sonra 12-yə yaxın cəsəd görünür.

Ukrayna baş nazirinin müavini İrina Veresuk iddiaları araşdıracaqlarını açıqlayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026