Son bir ay ərzində dünyada qripə yoluxma halları artıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna diqqət çəkən Türk Torakal Dərnəyi vətəndaşlara peyvənd edilməsi ilə bağlı xəbərdarlıq edib.
Dərnək qrip yoluxmalaranın 83 faizinin Honq Konq qripi olduğunu açıqlayıb.
Qeyd edək ki, Türk Torakal Dərnəyi maskaların çıxarılması və ehtiyat tədbirlərinin götürülməsi ilə virusların yayılmasının sürətlə artdığını açıqlayıb.
Birliyin İdarə Heyətinin üzvü Dr. Filiz Çağla Uyanusta Küçük bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı bu il görülən qrip yoluxmalarının 16,3%-nin "donuz qripi", 83,7%-nin isə "Honq Konq qripi" olduğunu açıqlayıb. Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu mövsüm Türkiyədə qrip virusu aktivliyində oxşar artım var.
Türk Torakal Dərnəyi Uşaq sinə xəstəlikləri İş Qrupu katibi Dos. Dr. Nagehan Emiralioğlu Ordukaya qripdən qorunmağın ən vacib yolunun qrup peyvəndi olduğunu bildirib: “ÜST risk qrupuna daxil olan insanlara qripə qarşı peyvənd etməyi tövsiyə edir. Risk qrupuna daxil olan şəxslər 65 yaşdan yuxarı yaşlılar, ürək xəstəliyi, xroniki ağciyər xəstəliyi, diabet, xroniki böyrək xəstəliyi kimi xroniki sağlamlıq problemləri olanlar, 5 yaşdan kiçik uşaqlar, tibb işçiləri və hamilə qadınlar kimi qeyd edilə bilər. Peyvənd 6 aydan sonra istənilən yaş qrupuna tətbiq oluna bilər”.
Aytac Aslan















