• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zavodda YANĞIN: 36 nəfər ölüb

DÜNYA

22 Noyabr 2022 | 11:05

Zavodda YANĞIN: 36 nəfər ölüb

Çinin şərqindəki Henan əyalətinin Anyang şəhərində kimyəvi maddələr və digər sənaye məhsulları satışı ilə məşğul olan şirkətin fabrikində yanğın baş verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, əraziyə 200-dən çox axtarış-xilasetmə işçisi və 63 yanğınsöndürən maşın göndərilib.

Bütün fabrik alovlara bürünüb. Yanğında ən azı 36 nəfərin öldüyü, 2 nəfərin isə yaralı olaraq xəstəxanaya aparıldığı açıqlanıb.

İtkin düşdüyü qeyd edilən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib. 4 saatlıq gərgin səylərdən sonra alov nəzarət altına alınıb. Yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.

Aytac Aslan


Zavodda YANĞIN: 36 nəfər ölüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026