• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Özbəkistanda partlayış: 3700-dən çox bina...

DÜNYA

23 Oktyabr 2022 | 12:58 | Müəllif: Subhan Mahmudov

Özbəkistanda partlayış: 3700-dən çox bina...

Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər.

"Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib", - məlumatda bildirilib.

Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.

Qeyd edək ki, baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026