• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ebola virusuna yoluxma halları artır

DÜNYA

23 Oktyabr 2022 | 09:04 | Müəllif: Subhan Mahmudov

Ebola virusuna yoluxma halları artır

Uqandada Ebola virusuna yoluxanların sayı 65-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi xəstəxanada hələ də aktiv xəstələrin sayının doqquz olduğunu, sağalanların ümumi sayının isə 26-ya yüksəldiyini bildirib.

Bununla belə, hökumət epidemiyanın tezliklə bitəcəyinə əmindir.

“Səhiyyə Nazirliyinin son rəqəmləri epidemiyanın həqiqətən də nəzarət altında olduğunu göstərir”, - qurumun açıqlamasında deyilir.

Qeyd edək ki, sentyabrın 20-də Uqandada ilk Ebola hadisəsi təsdiqlənib. Yoluxma paytaxt Kampaladan 153 kilometr aralıda yerləşən Mubende rayonunda qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026