• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Film kimi OLAY: Ərini öldütdürmək üçün tutduğu killerlər...

DÜNYA

24 Avqust 2022 | 11:31 | Müəllif: Qalib İbrahimoğlu

Film kimi OLAY: Ərini öldütdürmək üçün tutduğu killerlər...

Hindistanda qəribə olay yaşanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Tamil Nadu əyalətində baş verib. Belə ki, əyalət sakini Anupallavi adlı qadın bir müddətdir birlikdə olduğu sevgilisi ilə həyatını davam etdirməyin ən asan yolunu ərini aradan götürtmək olduğuna qərar verib. Əri, taksi sürücüsü Naveen Kumarı öldürmək üçün sevgilisi ilə sui-qəsd hazırlayan qadın ödənişli üç qatil tutub. Qətli törədəcək şəxslərlə 200 min rupiyə razılaşan cütlük bu pulun 90 minini qətldən əvvəl ödəyib, qalanını isə kişinin ölümündən sonra verəcəklərini bildiriblər.

Killerlər qadının ərini öldürmək üçün kişinin taksisinə minmək qərarına gəliblər. Lakin bir qədər yol gedəndən sonra onlar Kumarla əylənərək, dost olublar. Bundan sonra isə onu öldürmək fikrindən vaz keçiblər. Pulun qalan hissəsini almaü üçün isə oyun qurublar. Belə ki, kişinin üzərinə ketçup tökərək qan görkəmi verərək, onun forolarını çəkib arvadına göndəriblər. Qadının sevgilisi telefonda ketçupa bulanmış adamın şəklini görərək, qorxub və özünü öldürüb.

Hadisəni araşdıran polis taksi sürücüsünün arvadını, hadisədə iştirak etdiyi iddia edilən qayınanasını və hadisədə iştirak edən killerləri həbs edib.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026