• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İstanbul aeroportu TOP-5-ə daxil oldu

DÜNYA

24 Avqust 2022 | 11:28 | Müəllif: Subhan Mahmudov

İstanbul aeroportu TOP-5-ə daxil oldu

2022-ci ilin avqust ayının nəticələrinə görə İstanbul Hava Limanı dünyanın ən işlək beş hava limanına daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "Twitter" səhifəsində bildirib.

"İstanbul Hava Limanı həmişə Avropanın ən işlək limanları reytinqində birinci olub. Bu gün isə o, dünyanın ən işlək beş hava limanına daxil olub", - Nəqliyyat Nazirliyinin rəhbəri yazıb.

Müvafiq olaraq, avqust ayında dünyanın ən işlək hava limanları reytinqində lider Atlanta Beynəlxalq Hava Limanı (4 milyon 750 min sərnişin) olub.

Dubay Beynəlxalq Hava Limanı (4 milyon 92 min sərnişin), Dallasdakı Fort Uort (3 milyon 928 min sərnişin).

Dördüncü yeri 3 milyon 843 min sərnişinlə Tokio Beynəlxalq Hava Limanı, beşinci yeri isə 3 milyon 807 min sərnişinlə İstanbul tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026