• Bakı 25° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Lukaşenko nazirə töhmət verdi

DÜNYA

25 Iyul 2022 | 16:19

Lukaşenko nazirə töhmət verdi

Belarus Prezidenti Aleksandr Lukaşenko futbol üzrə yığmanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışına sərt reaksiya verib.

Bakıvaxtı.az-ın yerli mətbuata istinadən məlumatına görə, ölkə başçısı milli komandanın zəif nəticələri ilə bağlı idman və turizm naziri Sergey Kovalçukdan hesabat tələb edib. Hətta nazirin töhmət aldığı bildirilir.

Kovalçuk isə öz növbəsində Belarus Futbol Federasiyası sədrinin birinci müavini Yuri Vergeyçiki günahlandırıb. Nazirin sözlərinə görə, federasiya rəsmisi onu inandırıb ki, futbol düzgün istiqamətdə inkişaf edir və Georgi Kondratyev millinin sükanı arxasına ən optimal namizəddir. Vergeyçik komandanın yaxşı nəticələr qazanacağına da söz verib.

Qeyd edək ki, Belarus yığması Millətlər Liqasının C Divizionunda Azərbaycan, Slovakiya və Qazaxıstanla birlikdə 3-cü qrupda yer alıb. Komanda 4 oyundan cəmi 2 xal toplayıb. İlk oyunda Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Belarus Bakıdakı qarşılaşmada uduzub - 0:2.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026