• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Atasının müalicəsi üçün yığılan pulları oyunlara xərclədi

DÜNYA

24 Avqust 2022 | 15:38 | Müəllif: Subhan Mahmudov

Atasının müalicəsi üçün yığılan pulları oyunlara xərclədi

Çinin Sıçuan əyalətində 12 yaşlı Huanq adlı yeniyetmə xərçəng xəstəsi olan atasının müalicəsi üçün yığılan pulu oyunlara xərcləyib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Oğul xəstəxanada olarkən atasının telefonundan istifadə edərkən ailə qohumlarının bağışladığı 3800 yuan (550 dollar) xərcləyib. Yeniyetmə Xiaomi Game Centre mobil telefonları üçün oyun platformasına pul köçürüb.

Xuanın pul xərcləməsini əmisi yeniyetmənin atasının ölümündən sonra müalicə xərclərini ödəməyə gedəndə aşkar edib. Xərclənən məbləğin qaytarılması tələbi ilə Xiaomi-yə müraciət edib və pul ailəyə qaytarılıb.(milli.az)

Xuan etdiyi hərəkətə görə üzr istəyib və peşman olduğunu bildirib. "Bizə kömək edən atama və yaxınlarıma yazığım gəlir", - yeniyetmə deyib.

Xuanın atası on il əvvəl həyat yoldaşı qəzada öləndən sonra ailənin tək pul qazananı olub. Yerli hakimiyyət orqanları atalarının ölümündən sonra Huan və 15 yaşlı qardaşının uşaq evinə göndərildiyini bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026