Əfqanıstanda məscidin yaxınlığında partlayış törədilib.
Bakıvaxtı.az "TOLONews"a istinadən xəbər verir ki, Kabildə Məhəmməd Əkbər Xan məscidi yaxınlığında baş verən partlayışa maqnit bombası səbəb olub.
İlkin məlumata görə, partlayış namaz qılanlar məsciddən çıxarkən baş verib.
Hələlik ölənlər barədə məlumat yoxdur.
















