• Bakı 22° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Kreml referendumla bu əraziləri də özünə birləşdirəcək

DÜNYA

23 Sentyabr 2022 | 13:50

Kreml referendumla bu əraziləri də özünə birləşdirəcək

“Kreml “referendum” yolu ilə Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərini Rusiyaya birləşdirdikdən sonra eyni prosesi Abxaziya və Cənubi Osetiyada təkrarlayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, bu gedişatdan həvəslənən və Ermənistan hakimiyyətindən əli üzülən Qarabağ separatçıları Kremlə “referendumla” bağlı yalvarmağa başlayacaqlar:

“Qarabağda “rus icması”nın yaradılması bu siyasətin tərkib hissəsidir. Bəziləri deyə bilər ki, Rusiya Azərbaycanı strateji tərəfdaş adlandırdığına görə Qarabağ separatçılarıyla sövdələşməyə getməyəcək. Ona qalsa vaxtilə Ukraynanın Rusiya ilə yaxşı münasibətləri var idi, Kreml qardaş adlandırdığı ölkəni parçalamaqla məşğuldur. İndidən tədbirlərimizi almalıyıq”.
Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026