• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski daha bir məmuru vəzifəsindən azad etdi

DÜNYA

25 Iyul 2022 | 16:47

Zelenski daha bir məmuru vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Ruslan Demçenkonu vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin saytında məlumat verilib.

“Demçenko Ruslan Mixayloviç Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, - deyə Zelenskinin sərəncamında bildirilir.

Sərəncam bazar ertəsi imzalanıb, onun işdən çıxarılma səbəbi açıqlanmır.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktova işdən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026