• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tibbi maskalarla bağlı qaydalar sərtləşdirildi

DÜNYA

29 Noyabr 2021 | 18:45 | Müəllif: Subhan Mahmudov

Tibbi maskalarla bağlı qaydalar sərtləşdirildi

İngiltərədə noyabrın 30-dan ictimai nəqliyyatda, ticarət müəssisələrində, banklarda, poçt şöbələrində tibbi maska taxmaq məcburi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu qaydanı ilk dəfə pozanlar 200 funt, ikinci dəfə və daha sonrakı hallarda hər dəfə ikiqat artmaqla maksimum 6400 funt məbləğində cərimə ödəyəcəklər. Cəriməni 14 gün ərzində ödəyənlər üçün 50 faizlik endirim tətbiq olunacaq.

Maska taxmaq qaydası ictimai iaşə müəssisələrinə, mədəniyyət ocaqlarına şamil olunmur. Həmçinin parlamentin İcmalar Palatası üzvləri üçün də maska taxmaq vacib deyil.

Qeyd edək ki, sözügedən qayda Şotlandiya, Uels, Şimali İrlandiyada tətbiq olunmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026