• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qazaxıstanda ölüm hökmü ləğv edildi

DÜNYA

29 Dekabr 2021 | 18:28 | Müəllif: Subhan Mahmudov

Qazaxıstanda ölüm hökmü ləğv edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölüm hökmünün ləğv olunması üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi haqda qərarı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qəbul olunan dəyişikliklər ölüm hökmünün Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur.

Qanuna dəyişiklik Qazaxıstanın 2021-ci ilin yanvarında ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR