• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Moskva müharibə istəmir” - Lavrov

DÜNYA

28 Yanvar 2022 | 12:46

“Moskva müharibə istəmir” - Lavrov

"ABŞ və NATO-nun cavabından sonra necə davranacağına Putin qərar verəcək. Onu deyə  bilərəm ki, Moskva müharibə istəmir".

Bakıvaxtı.az xəbər  verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müharibə perspektivləri haqqında jurnalsitlərin sualını  cavablandırarkən deyib.

Lavrov bildirib ki, Rusiya müharibədə maraqlı deyil, lakin təhlükəsizlik maraqlarının da diqqətdən kənarda qalmasına imkan verməyəcək.

"Əgər bu, Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibələr istəmirik, lakin maraqlarımıza kobud şəkildə hücum edilməsinə, onun heçə sayılmasına icazə verməyəcəyik", - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026